Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda məşhur zavod sökülür - FOTO

Bakıda məşhur zavod sökülür - FOTO

Tarix: 21 Aprel 2020 16:52

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Bakının məşhur "Azon" zavodu sökülür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılmış "Azon" zavodunun ərazisində bir müddətdir ki, söküntü işləri aparılır. Bu məqsədlə əraziyə çox sayda texnika, traktor, yük maşınları cəlb edilib.

Hələlik zavodun ərazisində söküntüdən sonra hansı işlərin aparılacağı məlum deyil.

Qeyd edək ki, "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

Xatırladaq ki, "Azon" zavodu 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub. 2006-cı ilin sentyabr ayından isə "Azon" zavodu Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir.

Böyük bir ərazini əhatə edən zavorun müəyyən hissələri zamanla satılıb və müəyyən məqsədlər üçün istifadə edilir. Belə ki, zavodun bir hissəsində hazırda Delta Telekom və İctimai Televiziya fəaliyyət göstərir. Həmçinin zavodun bir hissəsində də hündürmərtəbəli bina inşa edilib.

Milli.Az


Etiketlər:  Bakıda məşhur zavod sökülür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ