Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus diaqnozu qoya bilən eynək: T1 Termal

Koronavirus diaqnozu qoya bilən eynək: T1 Termal

Tarix: 21 Aprel 2020 20:56

Texnologiya şirkətləri insanları koronavirüs pandemiyasından daha yaxşı qorumanın yolları üzərində durmadan çalışırlar.

Google və Apple-ın mühəndisləri də insanların virusa yoluxmuş şəxslə ünsiyyət qurub qurmadıqlarını bilmələrinə yardım edəcək tətbiqin yaradılması məqsədilə bir araya gəliblər.

Techcrunch-ın məlumatına görə, koronaviru təyin edə bilən eynəklər qısa müddət sonra Amerikada təqdim olunacaq.
Çinin Rokid şirkətində təxminən 3 metr məsafədən 200 nəfərin temperaturunu təyin edə bilən infraqırmızı sensorlu eynək hazırlanıb.

Cihaz Qualcomm prosessorundan güc alır. 12 meqapiksellik kameraya sahib etnək Artırılmış Gerçəklik xüsusiyyətinə malik bu eynəklr koronoavirus siptomlarını aşkara çıxara bilirlər.

Səsli komanda ilə işləyən eynək vasitəsilə istifadəçilər şəkil və video çəkə bilirlər.

Şirkət rəsmiləri bu eynəyi ABŞ şirkətləri, xəstəxanaları və hüquq mühafizə orqanlarına paylamağı düşünürlər.

T1 Termal adlanan "ağıllı" eynək USB ilə bağlantı qurur və digər platformlarla birləşdirilə bilir.

Mühəndislər qeyd edirlər ki, T1 eynəkləri istifadəçilərin şəxsi məlumatlarını toplamır.


Etiketlər:  Koronavirus diaqnozu qoya bilən eynək Termal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ