Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 22:38
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1518 yoluxma aşkarlanıb. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.