Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-da vacib iclas

UEFA-da vacib iclas

Tarix: 23 Aprel 2020 09:44

Bu gün UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Qol.az xəbər verir, videokonfrans formatında olacaq iclasda koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokuboklarla bağlı qərarlar veriləcək.

Aprelin 21-də quruma üzv olan 55 assosiasiya ilə videokonfrans keçirilib. İclasda həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Assosiasiyalara  çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Bildirilib ki, hansısa liqanın fəaliyyəti dayandırılsa, həmin ölkənin klublarının avrokuboklarda yarışmaq üçün tədbirlər planı hazırlanacaq.

Qeyd edilən mövzulara dair qərarlar bu gün UEFA İcraiyyə Komitəsinin iclasından sonra elan ediləcək.

 


Etiketlər:  UEFA da vacib iclas


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ