Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 17:10
La Liqada çıxış edən klubların bütün futbolçuları və işçiləri koronavirus testindən keçəcəklər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, liqa rəhbərliyi aprelin 28-dən başlayaraq analiz verəcək şəxslərin siyahısını klublardan tələb edəcək. Mənbənin iddiasına görə, La Liqa prezidenti Xavyer Tebas çempionatın bərpasından bir həftə əvvəl oyunçuları təcrid etməyi təklif etsə də, əksəriyyət bu fikri dəstəkləməyib.
Primero koronavirus pandemiyası səbəbindən dayandırılıb. 27 turdan sonra "Barselona" turnir cədvəlinə başçılıq edir. Liderdən iki xal geri qalan "Real" ikincidi.
La Liqanın taleyinə 25 apreldə aydınlıq gələcəyi bildirilir.