Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oyun üslubum unikaldır, zəif nöqtələrim yoxdur''

''Oyun üslubum unikaldır, zəif nöqtələrim yoxdur''

Tarix: 24 Aprel 2020 01:16

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne öz oyun səviyyəsi haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı bildirib: "İndi forma haqqında danışmaq çətindir, amma hazırda zəif nöqtələrim yoxdur. Oyunun hər aspektində mən özümü rahat hiss edirəm.

"Volfsburq"da mən inanılmaz yaxşı idim, amma  son üç mövsümdə forma dəyişikliyi oldu. Sevinirəm ki, indi oyun səviyyəsini sabit saxlayıram. "Vest Hem"lə mövsümün ilk matçından "Real"la görüşə qədər əla oynayırdım.

Mən çox oyunçunu bəyənirəm, amma özünəməxsus olmağım xoşuma gəlir. Düşünürəm ki, oyun üslubum unikaldır. Yarımmüdafiəçidə zəif yerlər olmamalıdır. Futbol inkişaf edir. Həm hücumda, həm müdafiədə oynamaq üçün çox çalışmalısan".

 


Etiketlər:  Oyun üslubum unikaldır zəif nöqtələrim yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ