Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi ləğv edilir

Dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi ləğv edilir

Tarix: 24 Aprel 2020 15:24

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi ləğv edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır.

Təklif müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  Dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ