Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi və özəlləşdirilməsi ləğv edilir

Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi və özəlləşdirilməsi ləğv edilir

Tarix: 24 Aprel 2020 15:12

Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi ləğv edilir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Torpaq icarəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır.

Həmçinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, fitosanitar nəzarəti xidmətləri dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə təsnifatından çıxarılır.

Təklif müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi özəlləşdirilməsi ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ