Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 01:02
"Barselona" futbolçusu Nelson Semedu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqları dayandırıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub nümayəndələri bununla bağlı 26 yaşlı müdafiəçinin agenti Jorje Mendeşə bildirib. Qeyd olunub ki, portuqaliyalı oyunçu üçün sərfəli təklif göndəriləcəyi təqdirdə, o satılacaq.
Xatırladaq ki, Semedunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.