Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Batareyaların təkrar istifadə üçün emalının unikal üsulu hazırlanıb

Batareyaların təkrar istifadə üçün emalının unikal üsulu hazırlanıb

Tarix: 25 Aprel 2020 08:16

ABŞ-ın Perdyu Universitetinin alimləri yeni akkumulyatorların istehsalı üçün köhnə batareya elementlərinin sürətli emalı texnologiyasını hazırlayıblar. Mikrodalğalardan istifadəyə əsaslanan texnologiya bərpa olunan enerjini ətraf mühitə daha az ziyan vurmaqla saxlamağa və çevirməyə imkan verir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Purdue" adlandırılmış texnologiya müasir litium-ion batareyalarının tərkibinə daxil olan polietilen tereftalatın emalını nəzərdə tutur. Bunun üçün material çox sürətli mikrodalğalı şüanın təsirinə məruz qalır.

Perdyu Universitetinin kimya mühəndisliyi kafedrasının dosenti Vilas Pol deyib ki, onların metodu bəşəriyyətin bərpa olunan enerjinin çevrilməsinə və saxlanmasına artan ehtiyaclarının öhdəsindən gəlməyə kömək edir və enerji resurslarının məhdudluğu problemini həll edir.


Etiketlər:  Batareyaların təkrar istifadə üçün emalının unikal üsulu hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ