Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 13:02
"Tottenham"in qapıçısı Huqo Lloris 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, auksionda satılacaq həmin əlcəyin ilkin qiyməti 850 avro göstərilib.
Fransalı qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.
Xatırladaq ki, sözügedən mövsümdə Tottenham finalda Liverpool-la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.