Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 19:44
Koronavirus yayılmaqda davam edir. Həkimlərsə məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olaraq əlləri dezinfeksiya etməyi məsləhət görür.
COVID-19-dan qorunmaq üçün mütəxəssislər əlləri antiseptik məhsullar, spirt, o cümlədən kolonya ilə tez-tez silməyi tövsiyə edir, xüsusilə evdən çıxanda. Lakin Ramazan ayının başlaması dezinfeksiya məqsədilə istifadə edilən spirt tərkibli məhsulların orucu pozub-pozmaması haqqında bir sıra sualların yaranmasına səbəb olub.
Sonxeber.net xəbər verir ki, Türkiyədə Diyanət İşləri Müdirliyi bu suala cavab verib. Bildirilib ki, ətir və odekolondan istifadə orucu pozmur. O da qeyd olunub ki, makiyaj və kosmetik məhsullardan istifadə də orucu pozmur.
"Oruc tutan şəxs dişlərini müalicə etdirə bilərmi?" sualına isə belə cavab verilib:
"Morfin və ya morfinsiz dişləri müalicə etmək orucu pozmaz. Ancaq müalicə zamanı qan və ya hər hansı maddənin udulması istisnadır". (publika.az)