Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 02:32
Bakı. Trend:
Almaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyasından zərər çəkən insanlara humanitar yardım olaraq 300 milyon avro ayıracaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
"Bununla Almaniya BMT-nin qlobal humanitar müraciətinə əhəmiyyətli töhfə verir", - deyilən Xarici İşlər Nazirliyinin açıqlamaslnda Birləşmiş Millətlər Təşkilatının koronavirus böhranı şəraitində əlavə humanitar yardıma ehtiyacın 2 milyard dollar olaraq qiymətləndirdiyi qeyd edilir.
"Koronavirus heç bir sərhəd tanımır. Pandemiya xüsusilə isti yerlərdə, qaçqın düşərgələrində və ya epidemiya səbəbiylə sağlamlıq sisteminin tamamilə yükləndiyi dövlətlərdə yaşayan təhlükədə olan insanlara təsir göstərir", - Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.
Vəsaitlər BMT-nin müxtəlif qurumları, qeyri-hökumət təşkilatları və fondları vasitələri ilə yönəldiləcək.