Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə villam, nə geyimim bahalıdır'' - FOTO

''Nə villam, nə geyimim bahalıdır'' - FOTO

Tarix: 27 Aprel 2020 10:35

Karantin insanları çox düşündürdü: həm həyat, həm iş, həm də özü haqda. Bundan sonra həyata daha sevgidolu gözlərlə baxacağıq.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "X maqazin" verilişində deyib. Sənətçi karantin günlərindən bəhs edib:

"Hər gün şükür edən insanam. Anladım ki, bundan sonra nə qədər dua etsəm azdır. Tanrı bizə necə gözəlliklər veribmiş, fərqində olmamışıq. İstədiyin vaxt şəhərə çıxır, dostlarla görüşür, istədiyin ölkəyə gedirdin. Çox naşükür olmuşuq. Əvvəl evdə iş görməyə hövsələm çatmırdı. İndi hər şey edirəm".

Zamiq villası ilə bağlı yazılan xəbərlərdən bəhs edib:
"Nə evim, nə villam bahalıdır. Sadəcə, adi əşyalarla zövqlə düzəltmişəm. Adi taxta və boyadır. Ümumiyyətlə, nə evim, nə geyimim bahalıdır. İmkanım olur alıram, olmur almıram. Şişirtdilər... Sosial şəbəkədə yazılanlara baxanda təəccübləndim ki, necə bahalı yaşayırmışam. Balaca bir evdir.

İnstaqram-da başlayırlar söyüş yazırlar. Yazıqlar... Bir insan ki, birinə söyüş yazır ondan nə gözləyirsiz?!"


Etiketlər:  villam geyimim bahalıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ