Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 17:52
İspaniyanın səhiyyə naziri Salvador İlla koronavirusa görə La Liqanın bərpa olunub-olunmayacağı haqda açıqlama verib.
Qol.az xəbər verir ki, AS nəşrinə danışan nazir, hələ tam bir qərar vermədiklərini deyib:
“La Liqanın davam edib-etməyəcəyi bilinmir. İndiki vəziyyətdə öz variantımı desəm, ehtiyatsız davranmış olaram”.
Xatırladaq ki, La Liqa qeyri-müəyyən müddətə təxirə salınıb. İspaniya mətbuatı çempionatın iyunun əvvəlində bərpa olunacağını iddia edir.