Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 18:06
Bakı. İlhamə İsabalayeva – Trend:
Orta ümumtəhsil müəssisələrində son aylarda keçirilməyən mövzular üzrə sualların qəbul imtahanına salınmaması məsələsinə müsbət baxıla bilər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları ötən il apreldə keçirilmişdi:
“Dövlət İmtahan Mərkəzi (DİM) dəfələrlə bildirib ki, aprel-mayda olan mövzuların sualları apreldəki imtahanlara daxil edilmir. Qəbul imtahanları isə normal halda iyunda keçirilir. DİM imtahan proqramlarını əvvəlcədən elan edir. Hazırda onlayn dərslər də keçirilir. Son 2-3 aydakı mövzular üzrə sualların imtahana salınmaması məsələsinə müsbət baxıla bilər. Bu məsələdə bir problem görmürük. Bəzi suallar müəyyən bacarıqları yoxlayır. Bəzi suallar isə mövzulara aiddir".