Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 07:52
Bakı. Trend:
Materik Çində tibb müəssisələrində yeni koronavirusun səbəb olduğu xəstəliyi olan insanların sayı son 24 saat ərzində 10 faiz azalaraq 648 nəfər təşkil edib, ölüm halları qeydə alınmayıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.
Məlumata əsasən, ötən gün ərzində ölkədə yalnız altı yeni yoluxma hadisəsi aşkarlanıb. Virusun Çində yayıldığı bütün müddət ərzində xaricdən gələn 1639 xəstə qeydə alınıb, onlardan 1087 nəfəri artıq sağalıb.
Statistikaya görə, Çində yoluxan insanların 93,6 faizi, o cümlədən son 24 saat ərzində 81 nəfər sağalıb. 2019-cu ilin dekabr ayından bəri xəstələnənlərin sayı 82,8 mindən çox olub. Çində ölüm halları neçə gündür ki, müşahidə olunmur.