Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb

“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb

Tarix: 28 Aprel 2020 16:58

Moskva prospekti "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Milli.Az


Etiketlər:  Şamaxı yolu istiqamətində hərəkət məhdudlaşdırılıb


RƏYLƏR