Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 19:35
Əməkdar artist Könül Kərimova canlı efirdə səmimi etirafı ilə diqqət çəkib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan sənətçi sevgidən söhbət açıb.
Şounun aparıcısı Nanə Ağamalıyevanın Kərimovaya yarıciddi, yarızarafatla ünvanladığı "Dərdinizdən kimsə ölüb?" sualına müğənninin cavabı belə olub:
"Çox ağır sualdır. Gərək yaxşı-yaxşı fikirləşim. Elə indi də dərdimdən ölənlər var. Həm xanım, həm də sənətçi kimi dərdimdən ölən var".
Qeyd edək ki, müğənni K.Kərimova ailəlidir. O, bir oğul və bir qız anasıdır.