Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli nazir yerli avtomobildən danışdı

Türkiyəli nazir yerli avtomobildən danışdı

Tarix: 28 Aprel 2020 21:12

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank ölkəsində istehsal edilən avtomobillə bağlı açıqlama verib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, nazirin sözlərinə görə, istehsal prosesində ciddi axsamadan söhbət gedə bilməz.

Gemlikdə tikintisi planlaşdırılan fabrikin özülatma tarixinə də toxunan M.Varank "Yerli avtomobil xəyalımızda ciddi ləngimə yoxdur", - deyib.

O əlavə edib ki, Koreya, İngiltərə, Almaniya, İspaniya, İtaliya və Türkiyədəki potensial müştərilərlə danışıqlar davam edir.

Nazir diqqətə çatdırıb ki, qurulacaq fabrikin ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabat sənədinin alınması üzərində iş gedir.


Etiketlər:  Türkiyəli nazir yerli avtomobildən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ