Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 12:20
Mayın 4-dək uzadılan karantin dövrü bitdikdən sonra növbəti mərhələ üçün daha ciddi yumşaldılamalarla bağlı addımlar atılacaq və bu daha geniş spektri əhatə edəcək.
Vətəndaşları daha çox maraqlandıran sahələrdən biri də insanların kütləvi olduğu ticarət mərkəzləri, bazarlardır. Bu sahələrin də fəaliyyətinə icazə veriləcəkmi?
Sonxeber.net xəbər verir ki, millət vəkili Fazil Mustafa ölkə.az-a açıqlamasında bildirib ki, iri ticarət obyektləri, bazarlar fəaliyyətini bərpa edə bilər. "Nazirlər Kabineti yanında Operativ Mərkəz vəziyyətə uyğun olaraq müvafiq addımlar atacaq. Bununla bağlı qərar verilməmişdən öncə vəziyyət hərtərəfli təhlil ediləcək.
Dediyimiz iri ticarət mərkəzləri, bazarların fəaliyyətinin bərpası ilə bağlı problem yoxdur. Burada digər ciddi narahatedici məqamlar var. Bu da insanlarımızın qaydalara riayət etməməsi ilə bağlıdır. Çünki son dövrlərdə müşahidələrimiz onu göstərir ki, insanlar qaydalara riayət etmirlər, maskasız gəzirlər. Bu da ciddi narahatçılıq yaradır", - deputat bildirib.
Deputat əlavə edib ki, əgər insanlarımız qyadalar riayət edərsə, mayın 4-dən sonra daha çox yerləri açmaq olar.