Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb

Tarix: 29 Aprel 2020 14:03

Bakı. İlhamə İsabalayeva – Trend:

Karantin tədbirləri ilə əlaqədar müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Hər il olduğu kimi, bu il də tədris ilinin sonunda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, artıq bir necə ildir ki, sosial səbəblərlə əlaqədar iş yerlərini dəyişmək istəyən müəllimlər üçün yerdəyişmə prosesi həyata keçirilir.

E.Bağırov mərhələli həyata keçirilən bu müsabiqənin elektronlaşdırıldığını nəzərə çatdırıb:

“Elektron ərizələrin verilməsindən tutmuş, hər hansı sənədin sistemə yüklənməsinə qədər bütün proseslər tam olaraq elektron qaydada həyata keçirilir. Buna görə də müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.

E.Bağırov əlavə edib ki, yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsi keçiriləcək. Hazırda Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsi üçün bütün zəruri tədbirləri həyata keçirir:

“Müsabiqənin istər test, istərsə də müsahibə mərhələləri ilə bağlı hazırlıqlar aparılır. Biz ictimaiyyətə bu barədə geniş məlumat verəcəyik. Müsabiqələrin keçirilməsi barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək”.


Etiketlər:  Müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ