Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu şəkillər montajdır, sizi aldadırlar" - Zaur Baxşəliyev - FOTO

Tarix: 30 Aprel 2020 16:10

Aparıcı Zaur Baxşəliyev özü və qızı Dilavərin fotosundan istifadə edərək öz məhsulunu reklam edən şirkətdən şikayət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşaraq dələduzluğa məruz qaldığını bildirib.

"Bu nanəcib kimdirsə, fırıldaqçıdır, yalançıdır. Sizi aldadır. Məşhurların şəkillərindən istifadə edərək qumar oyunlarının reklamı ilə məşğuldur. Aldanmayın! Mən polisə şikayətçi oldum. Mən və ailəm heç vaxt belə reklama çəkilməyib. Bu şəkillər montajdır", - Zaur qeyd edib.

Milli.Az


Etiketlər:  Bu şəkillər montajdır sizi aldadırlar Zaur Baxşəliyev FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ