Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 18:12
Bakı. Trend:
Avropa Mərkəzi Bankı kreditlər üzrə baza faiz dərəcəsini dəyişməz saxlayıb. Bu göstərici 0 faiz müəyyən edilib
Trend-in məlumatına görə, bununla bağlı qərar bankın Direktorlar Şurasının iclasında qəbul olunub.
Bundan başqa, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,5 faiz, marginal kreditlər üzrə 0,25 faiz səviyyəsində saxlanılıb.
Avropa Mərkəzi Bankının Direktorlar Şurasının növbəti iclası iyunun 4-də keçiriləcək.