Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 18:45
"Karantində bağda qalırdıq. Hətta orada qaralmışıq. Müəyyən işləri görmək üçün bağdan şəhərdəki mənzilimizə gəldik. Sizin efirinizə çıxmaq üçün tez hazırlaşdım. İnanın ki, uşaqlar evdə başımıza çıxır. Evi dağıdırlar".
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif İTV-də yayımlanan "Gəl Qonaq Ol!" proqramına "Skype" vasitəsi ilə qoşularkən deyib.
Sənətçi karantində kökəldiyini etiraf edib:
"Karantində beş kiloqram kökəlmişəm. Bu hal məni depressiyaya salıb. Ümüd edirəm ki, karantin bitəndən sonra əvvəlki çəkimə qayıdacağam. İşsiz qalan insan deyiləm. İşləməyi çox sevirəm. Mənim üçün əsas ailəm və işimdir. İşləmək insanı tonusda, formada saxlayır".