Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail prezidentinin həyat yoldaşı vəfat edib

İsrail prezidentinin həyat yoldaşı vəfat edib

Tarix: 4 Iyun 2019 13:48

Bakı. Trend:

İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nehama Rivlin vəfat edib.

Trend-in məlumatına görə, N.Rivlin son illər ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Bu ilin martında Nehama Rivlin ağciyər transplantasiyası ilə əlaqədar əməliyyat keçirmişdi.

Bununla bağlı olaraq, prezident Reuven Rivlin Kanadaya səfərin yarımçıq qoyaraq İsrailə qayıtmışdı.

İyunun 5-də Nehama Rivlinin 74 yaşı olacaqdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsrail prezidentinin həyat yoldaşı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ