Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hande Harmancı: Təxminən 7-10 gün sonra xəstə sayında artım ola bilər

Hande Harmancı: Təxminən 7-10 gün sonra xəstə sayında artım ola bilər

Tarix: 1 May 2020 14:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Xüsusi karantin rejimindən sonra yumşaldılma tədbirlərinin tətbiqinə erkən başlanılıb-başlanılmadığını bir müddət sonra görəcəyik.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanlar “pandemiya bitdi” deyərək köhnə həyatlarına qayıdarlarsa, xəstə sayında artım olacaq:

“Hazırkı yumşalma tədbirlərinin nəticəsi olaraq, təxminən 7-10 gün sonra xəstə sayında artım ola bilər. O zaman yenidən xüsusi karantin rejiminin tətbiqindən söhbət gedə bilər”.

H.Harmancı əlavə edib ki, Azərbaycan hökuməti pandemiyaya qarşı ən öncül mübarizə aparan ölkələrdəndir.


Etiketlər:  Hande Harmancı Təxminən gün sonra xəstə sayında artım bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ