Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 18:06
İtaliya A Seriyasında çıxış edən 20 klubun hamısı koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş bugünkü liqa toplantısında bütün klublar çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.