Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 10:58
“Barselona”nın vitse-prezidenti Jordi Kardoner koronavirus pandemiyasının transferi bazarına təsirləri barədə danışıb.
Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bundan sonra futbolçuların alınmasında çox, dəyişdirilməsi transfer siyasətinin əsas hissəsi olacaq: “Avropa klubları növbəti mövsümdən məhz belə addım atacaqlar. Mümkündür ki, bir çox klub çoxtərəfli razılığa getsin. Niyə də yox? Artıq kreativ qərarlar verməyin vaxtı yetişib”.
Onun sözlərinə görə, “Barselona” da futbolçuları almağa yox, dəyişdirməyə hazırlaşır. Çünki mövsümün dayanması səbəbindən klub artıq 120-140 milyon avro itirib.
Qeyd edək ki, hazırda Avropa klubları indi ikitərəfli deyil, üçtərəfli formada da futbolçuları dəyişmək variantı üzərində çalışırlar.