Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda anbarın divarı çökdü, yüzlərlə ev su altında qaldı

Özbəkistanda anbarın divarı çökdü, yüzlərlə ev su altında qaldı

Tarix: 2 May 2020 13:12

Bakı. Trend:

Özbəkistanın Sırdərya vilayətində su anbarının divarı çöküb, yüzlərlə ev su altında qalıb.

Trend-in məlumatına görə, hadisə davamlı və güclü yağışın yağması nəticəsində baş verib. 70 min insan həmin bölgədən təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Murad Sadıkov şiddətli yağışlar səbəbi ilə Sardoba anbarının divarının qismən çökməsi ilə yüksək miqdarda suyun ətrafa axdığını təsdiq edib.


Etiketlər:  Özbəkistanda anbarın divarı çökdü yüzlərlə altında qaldı


RƏYLƏR