Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 13:26
"8103-ə SMS yazaraq küçəyə çıxmaq icazəsi ancaq qərarda nəzərdə tutulan məqsədlər üçündür. Bu icazə qayınana evinə getmək üçün verilmir axı".
Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev "Space" TV-də yayımlanan "Siqnal" verilişində deyib.
Taşamaçılardan birinin "Mənim və yoldaşımın şəxsiyyət vəsiqəsi var. Ancaq 4 yaşında qızımın şəxsiyyət vəsiqəsi yoxdur. Biz qayınanamgilə getmək istəyirik. Bu halda nə edə bilərik" sualına cavabında DİN rəsmisi SMS-lə icazə sistemində bunun nəzərdə tutulmadığını deyib. O, ailəyə qayınanasıgilə getmək üçün karantin rejiminin ləğvini gözləməyə məsləhət görüb.