Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 10:06
Londonun "Arsenal" klubunun futbolçusu Məsut Özil Türkiyə Qızıl Ayparasına 80 min funt vəsait köçürüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, vəsait pandemiya zamanı oruc tutan müsəlmanları dəstəkləmək məqsədi daşıyır.
"Qardaşımız Məsud sayəsində ehtiyacı olan insanlara yardım ediləcək, biz hər şeyi onlara ən qısa müddətdə çatdıracağıq", - türk Qırmızı Aypara başçısı Kərəm Kinik deyib.
Qeyd olunur ki, Almaniyanı təmsil edən M.Özil 23 apreldə başlayan müqəddəs Ramazan ayında Türkiyə və Suriyadakı 16 min ehtiyacı olan insanı ərzaq və dərmanla təmin edəcək.
M.Özil "Arsenal"ın ən çox maaş alan oyunçulardan biridir. Məlumdur ki, futbolçu davamlı olaraq xeyriyyəçiliklə məşğuldur.
M.Özil 2014-cü ilin dünya çempionu, 2010-cu ildə dünya və 2012-ci il Avropa Çempionatlarının bürünc mükafatçısıdır. "Real Madrid"in tərkibində oynayarkən İspaniya çempionu adını (2011/12), ölkə kuboku (2010/11) və Super kubokunu (2012), Almaniyanın "Bremen" (Bremen) klubunda oynayarkən ölkə kubokunu (2008/09), "Arsenal"ın tərkibində isə İngiltərə kuboku (2013/14, 2014/15, 2016/17) və super kubokunu (2014, 2015, 2017) qazanıb.