Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 09:44
Bakı. Trend:
Yeni Zelandiyada ötən sutka ərzində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Radio New Zealand" stansiyasının efirində ölkənin baş sanitar həkimi Eşli Blumfild deyib.
Onun sözlərinə görə, son 7 həftə ərzində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb. Virusa yoluxanların ümumi sayı 1 487 nəfər səviyyəsində qalıb:
"Şübhəsiz ki, bu gün biz çox ümidverici rəqəmlər görürük. Ancaq bu yalnız bir gündür və biz yenə də nizam-intizamı qorumalı və irəliləməliyik".
E.Blumfild qeyd edib ki, hazırkı dövrədək ölkədə koronavirusdan 20 nəfər ölüb, 1 276 nəfər isə sağalıb. Hazırda xəstəxanalarda 7 nəfər, ev şəraitində isə 184 nəfər müalicəsini davam etdirir.
Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma halı fevralın 28-i qeydə alınıb.