Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO)

Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO)

Tarix: 4 May 2020 11:44

Bakı. Trend:

Nərimanov rayonunda uzunluğu 9,15 kilometr olan küçə və yol təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində genişmiqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan daha 9,15 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinə başlanılıb.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3,4 kilometr olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1,2 kilometrlik yollarının, ümumi uzunluğu 3,6 kilometr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına yaşayəş massivinin 0,5 kilometrlik yolunun, “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 0,56 kilometr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 15 min kvadratmetrdir.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Artıq sözügedən işlər çərçivəsində rayon üzrə “Daş karxanası”nın 1,2 kilometr, Böyükşorun “40-cı rezervuar” yaşayış massivinin 1,4 kilometrlik, həmçinin “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 0,56 kilometr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb. 2,5 kilometrlik Əliyar Əliyev, 0,4 kilometrlik Asif Məmmədov küçələrində, həmçinin Böyükşorun “205-ci məhəllə”sinin 1,15 kilometrlik yollarında və Elçin İsaqzadə adına yaşayış massivinin 0,5 kilometrlik yolunda isə hazırda təmir işləri davam etdirilir.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

İşlərin yekunlaşması ardıcıllığına uyğun investisiya proqramına əsasən, rayonun təmiri nəzərdə tutulmuş Böyükşor “DYUA” yaşayış massivinin 1 kilometrlik yolunda və 0,5 kilometrlik Aşıq Qərib küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 kilometr uzunluğunda olan küçə və yol təmir olunub.

Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur (FOTO) - Gallery Image


Etiketlər:  Nərimanov rayonunda kilometrlik küçə yollar təmir olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ