Tarix: 4 May 2020 16:18
"Fənərbaxça" koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları bu gün klubun bazasında yüngül məşq ediblər.
Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Superliqa təmsilçilərindən “Beşiktaş”, "Denizlispor", “Göztəpə”, “Kasımpaşa” və “Qaziantep” də məşqlərə başlayıb.