Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu Turinə qayıtdı - FOTO

Ronaldu Turinə qayıtdı - FOTO

Tarix: 5 May 2020 09:18

Bir müddətdir vətəni Portuqaliyada olan "Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliyaya qayıdıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,  35 yaşlı hücumçunun şəxsi təyyarəsi bir neçə saat əvvəl Turinə eniş edib.

O, iki həftəlik karantindən keçməlidir. Bundan sonra isə komanda ilə məşqlərə başlaya biləcək.

Xatırladaq ki, Ronaldo insult keçirən anasını ziyarət etmək üçün mart ayında Portuqaliyaya getmişdi. Daha sonra o, koronavirus pandemiyasına görə ailəsi ilə birlikdə Madeyra adasında karantində qalıb.


Etiketlər:  Ronaldu Turinə qayıtdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ