Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə türkdilli ölkələrə ixracı artırıb

Türkiyə türkdilli ölkələrə ixracı artırıb

Tarix: 5 May 2020 10:40

2020-ci ilin yanvar-mart aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq 1 196,865 milyon dollar təşkil edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-mart ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 2,8 faizə bərabər olub.

Mart ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin martı ilə müqayisədə 1 faiz artaraq 404,14 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 3,9 faiz azalaraq 787,113 milyon dollar təşkil edib.

Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,4 faizə bərabər olub.

Mart ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin martı ilə müqayisədə 1,9 faiz artaraq 257,532 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin martında Türkiyənin xarici ticarət dövriyyəsi 32,235 milyard dollar təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında Türkiyənin ticarət dövriyyəsi 98,404 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 42,749 milyard dollar, idxalı 10,3 faiz artaraq 55,655 milyard dollar təşkil edib.


Etiketlər:  Türkiyə türkdilli ölkələrə ixracı artırıb


RƏYLƏR