Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub

Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub

Tarix: 5 May 2020 13:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında bir neçə beynəlxalq sənədin təsdiq edilməsi məsələsi müzairəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda "Nəşrlərin beynəlxalq mübadiləsinə dair" Konvensiyanın, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə" Protokolun, "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə" Protokolun, "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair" Protokolun təsdiq edilməsi məsələsinə baxılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.


Etiketlər:  Azərbaycan daha neçə beynəlxalq sənədə qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ