Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Opel'' 59 yaşlı qadını vurub öldürdü

Bakıda ''Opel'' 59 yaşlı qadını vurub öldürdü

Tarix: 6 May 2020 09:27

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Yasamal rayonu, E.Dadaşov küçəsində şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mirvari Məmmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Bakıda Opel yaşlı qadını vurub öldürdü


RƏYLƏR