Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Superliqasının bərpa tarixi açıqlandı - Rəsmi

Türkiyə Superliqasının bərpa tarixi açıqlandı -  Rəsmi

Tarix: 6 May 2020 15:30

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının bərpa tarixi məlum olub.

Qol.az xəbər verir ki, bunu ötən gün səhiyyə naziri Fahrettin Koca ilə görüşüb, müzakirə aparan Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bugünkü videokonfransda açıqlayıb. O, oyunların iyunun 12-də başlayacağını bildirib.

Federasiya rəhbəri yüksək liqa ilə yanaşı, 1-ci, 2-ci, 3-cü və həvəskarlar liqasının matçlarının iyunun 12, 13 və ya 14-də start götürəcəyini deyib.

Özdəmir çempionatı iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inandığını bildirib. Qrum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilib-keçirilməyəcəyinə isə Səhiyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra bəlli olacağını vurğulayıb.

Qeyd edək ki, artıq Superliqa klublarını çoxu məşlərə başlayıb.

 


Etiketlər:  Türkiyə Superliqasının bərpa tarixi açıqlandı Rəsmi


RƏYLƏR