Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

Tarix: 7 May 2020 15:24

Bakı. Trend:

Nepal Asiya Diplomatiya və Beynəlxalq Əlaqələr İnstitunun rəhbəri Sunil KC- nin "The Rising Nepal" qəzetində məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə diqqətə çatdırılıb ki, Nepal Baş Naziri 2019-cu ildə Azərbaycana Qoşulmama Hərəkatı Sammiti çərçivəsində səfər edib.

Bildirilib ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları tərəfindən 320 xidmət həyata keçirilir.

Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu "ASAN Viza" nümunəsini diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Nepalda "ASAN xidmət" modelinin tətbiqi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər.


Etiketlər:  Nepal ASAN xidmət modelinin tətbiqində maraqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ