Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da işsizlik müavinəti almaq istəyənlərin sayı 33 milyonu keçib

ABŞ-da işsizlik müavinəti almaq istəyənlərin sayı 33 milyonu keçib

Tarix: 7 May 2020 19:20

Bakı. Trend:

ABŞ-da koronavirus pandemiyası müddətində işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 33 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyinin hesabatında deyilir.

Hesabata əsasən, təkcə aprelin 26-dan mayın 2-dək olan bir həftə ərzində 3,16 milyon amerikalı müavinət üçün müraciət edib. Aprelin 26-dək isə müraciət edənlərin sayı 3,84 milyon nəfər təşkil etmişdi.

Qeyd olunur ki, koronavirus infeksiyası yayılanadək bir həftə ərzində işsizlik müavinəti üçün yüz minlərlə amerikalı müraciət edirdi.


Etiketlər:  ABŞ işsizlik müavinəti almaq istəyənlərin sayı milyonu keçib


RƏYLƏR