Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 16:30
Bakıda 9 min manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əbilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.