Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 19:44
"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç İspaniyaya köçməyə hazırlaşır.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı orta sahə oyunçusu "Barselona" ilə anlaşıb.
La Liqa təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə edib. Pyaniç artıq klubların anlaşmasını gözləyir. Bu keçid qarşılığında "Barsa"nın bir oyunçusu qarşı tərəfə yollanacaq. "Yuventus" braziliyalı Artur Melonu istəsə də, nə oyunçu ayrılmaq arzusundadır, nə də klubu göndərmək fikrindədir. Pyaniçin müqabilində İtaliyaya köçməyə namizədlər İvan Rakitiç, Arturo Vidal və Nelson Semedodur.
Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildən "Yuventus"da çıxış edir.