Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Serbiya - Azərbaycan oyunu əsl kabus idi''

''Serbiya - Azərbaycan oyunu əsl kabus idi''

Tarix: 9 May 2020 12:00

Almaniyalı sabiq FIFA referisi Knut Kirxer Bundesliqa matçlarının azarkeşsiz keçiriləcəyinə münasibət bildirib.

Qol.az xəbər verir ki, 51 yaşlı veteran hakim ölkəsinin mətbuatına müsahibəsində bu amilin ədalət təmsilçiləri üçün müəyyən çətinliklər yaradacağını söyləyib.

Kirxet buna misal olaraq AVRO-2008-in seçmə mərhələsində 2006-cı ildə idarə etdiyi Serbiya - Azərbaycan oyununu xatırladıb: "Əsl kabus idi. Stadionda cəmi 250 nəfər var idi. Gülməli, eyni zamanda qəribə vəziyyət yaranmışdı. Hakim olaraq daim azarkeşlərin gur səsinə və oyunçuların, məşqçilərin, rəsmi şəxslərinə dediklərini eşitməməyə alışırsınız. Azarkeşsiz matçlarda isə bunun əksi yaşanır. Tribunalardan səs çıxmır. Sizi irəli aparan, motivasiya edən səs-küy olmur. Belədə meydandakı hər sözü başa düşürsünüz. Oyunların azarkeşsiz keçirilməsi hakimlər üçün yeni çağırışdır".

Qeyd edək ki, Belqraddakı oyunda Azərbaycan millisinin qapısından qələbə topunu 72-ci dəqiqədə Nikola Jigiç keçirmişdi. Kirxer vaxtilə Premyer Liqamızda da idarəçilik edib.

Əlavə edək ki, hakimin bəhs etdiyi Serbiya – Azərbaycan matçına azarkeşlərin məhdud sayda buraxılmasına FİFA-nın daha əvvəl fanatlar üçün tətbiq etdiyi cəza səbəb olub.

 


Etiketlər:  Serbiya Azərbaycan oyunu əsl kabus


RƏYLƏR