Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 13:20
Bakı. Elnur Bağışov - Trend:
İranın təhsil naziri vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.
Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.
Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin