Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir

Tarix: 6 Iyun 2019 13:48

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast iştirak edəcək.

Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar.


Etiketlər:  Paytaxtda batut tamblinq üzrə Bakı Çempionatı Birinciliyi keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ