Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 10:57
Bakı. Trend:
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 09:43-də Quba stansiyasından 11 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Yeraltı təkanlar 2,5 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə hiss olunub.