Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 18:56
La Liqa prezidenti Xavyer Tabes çempionatın mümkün bərpası haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, çempionat bərpa olunacağı təqdirdə, hər gün oyunların keçirilə biləcəyini deyib: "Mövsümün nə vaxt bərpa olunacağını dəqiq bilmirəm. Hər şey koronavirusla bağlı vəziyyətdən asılı olacaq. La Liqa oyunlarını hər gün olmaqla 35 gün ərzində keçirməyi planlaşdırırıq. Startdan bir gün əvvələ qədər futbolçular koronavirus testindən keçəcəklər".
Qeyd edək ki, La Liqanın iyunun 12-i və ya iyunun 19-u bərpası planlaşdırılır.