Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 07:04
"TIOBE Software" şirkəti proqramlaşdırma dillərinin "Google", "Google Blogs", "Yahoo!", "Wikipedia", "MSN", "YouTube", "Bing", "Amazon", "Baidu" və digər internet xidmətlərində axtarış sorğuları statistikasının analizi üzrə formalaşdırılan yenilənmiş populyarlıq reytinqini dərc edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, peşəkar birlik tərəfindən proqram təminatı tərtibatçıları mühitinə marağın dəyişməsi dinamikasını əks etdirən may hesabatında "C" proqramlaşdırma dili uzun müddət lider mövqe tutan və siyahıda ikinci pilləyə enən "Java" dilini yenidən üstələyib. Üçüncü yerdə "Python" qərarlaşıb.
Siyahıda təmsil olunan digər proqramlaşdırma dillərinə gəldikdə, il ərzində müsbət artım dinamikasını və auditoriya tərəfindən maraq artımını "R", "Swift", "Go", "PL/SQL" və "Scratch" dilləri nümayiş etdirib. "Assembler", "Perl" və "Objective-C" proqramlaşdırma dilləri isə internetdə daha az sadalanmağa başlayıb.